For faster navigation, this Iframe is preloading the Wikiwand page for Çiraxlı.

Çiraxlı

Vikipediya, azad ensiklopediya

kənd
Çiraxlı
39°41′17″ şm. e. 45°36′02″ ş. u.
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Çiraxlı xəritədə
Çiraxlı
Çiraxlı

Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.[1]

Çıraxlı selavının yanında, Terp kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Çiraxlu formasında[2] qeyd edilmişdir. Erməni mənbələrində kəndin başqa adı Çıraxoğlukənd formasında da göstərilir[3].

Toponim qədim sirak türk etnoniminin[4] bir variantı olan çırak (çirax) etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Sirak//çirak tayfasına mənsub yer, sirak//çirak tayfasının yaşadığı yer» mənasını ifadə edir. s~ç səsəvəzlənməsi Azərbaycan dilində qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Onu da deyək ki, Çiraxlı toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun əazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur[5].

Kənddə 1873 - cü ildə 21 nəfər, 1886-cı ildə 20 nəfər, 1897-ci ildə 31 nəfər, 1904 - cü ildə 41 nəfər, 1914 - cü ildə 45 nəfər, 1916-cı ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi məcburi tərk edənlər öz doğma dədəbaba torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 40 nəfər, 1926-cı ildə 15 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].

1929-30 - cu illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır. 1930 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.285
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90
  4. 235, s.23-24
  5. Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, səh. 81
  6. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Çiraxlı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?