For faster navigation, this Iframe is preloading the Wikiwand page for "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı.

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı

Vikipediya, azad ensiklopediya

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı

Ölkə
Tip medal
Ardıcıllıq
Yüksək mükafat "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı[1]
Aşağı mükafat "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı[1]

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalıAzərbaycan Respublikasının medalı. 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir.

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə qeyd edilir ki, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:

— miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə;

— miqrasiya sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.

Miqrasiya orqanlarının işçilərini bu medallarla müvafiq icra hakimiyyəti orqanı təltif edir. Həmin medallar döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilib. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri həkk olunub. Medalın ön tərəfinin səthi nahamardır.

İkinci dairənin daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilib. Xəritənin üzərində əməkdaşlıq simvolu əks olunub. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduz, dairəvi xətt, əməkdaşlıq simvolu və sözlər relyefli olub, qızılı rəngdədir.

Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunub, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilib. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilib. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunub. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd göy xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mərkəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaq təsvir edilib. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilib.

Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[2]

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 17 mart 2017-ci il tarixində həmin qanuna dəyişikliklər edilmişdir.

  1. 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
  2. "Azərbaycanda miqrasiya sahəsində çalışanlar üçün yeni medallar təsis olundu (FOTO) — Trend.az". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?